Şamaxı və Qaxda ərzaq mağazasında pirotexniki vasitələr satan şəxslər saxlanılıb. Bu barədə dekabrın 30-da Daxili İşlər Nazirliyi məlumat verib.
Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən mağazada gizli şəkildə satılan partlayıcı və tezalışan maddələr aşkarlanıb.
Qaxda isə yüksək səs yayan pirotexniki maddələrin satışını həyata keçirən mağaza müəyyən edilib.
Saxlanılan şəxslər barəsində protokollar tərtib edilib və baxılması üçün rayon məhkəmələrinə göndərilib.