Səlim Müslümov barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb. Bu haqda dekabrın 6-da Səbail Rayon Məhkəməsi məlumat verib.
Səlim Müslümov ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar külli miqdarda rüşvət alma ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Həmçinin aparılmış yoxlamalar nəticəsində sabiq nazirin 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyənləşib.