Sabahdan, fevralın 1-dən əlillik məsələləri üzrə qəbul yalnız onlayn qaydada və ya “Whatsapp”la qeydiyyat əsasında aparılacaq. Bu haqda 31 yanvarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat verilib.
Bu addımın atılmasında məqsəd COVID-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunmasıdır.
Qəbula yazılmaq istəyən şəxslər linkə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər.