"Səbail" Peşəkar Futbol Klubu Maksim Çex ilə yollarını ayırıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 9 iyun tarixində xəbər verir.
Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına məxsus olan oyunçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddəti yenilənməyib.
"Səbail" daha əvvəl Turan Manafov, Nihad Qurbanlı, Mirabdulla Abbasov, Emil Martinov, Ruslan Hacıyev, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırıb.