Şabran rayonunda naməlum avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 29 iyun tarixində Report məlumat verib.
Hadisə rayonun Padar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, naməlum avtomobil hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Məmmədov Elman Ənvər oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Daha sonra avtomobil hadisə yerindən yayınıb.
Hazırda nəqliyyat vasitəsinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.