Şabran rayonunda yol kənarından odlu silahlar tapılıb. Bu barədə 14 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə xəbər verib.
Rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı 3 ədəd ov tüfəngi aşkar edərək götürüblər.
Faktlar üzrə Şabran RPŞ-də müvafiq araşdırmalar aparılır.