Şahdağ Turizm Mərkəzində qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulur. Bunu Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib. Bu barədə 29 iyun tarixində APA məlumat verib.
O bildirib ki, bunun üçün xüsusi kanat yolu və yamac hazırlanır: "Eyni zamanda Şahdağ Turizm Mərkəzinin ərazisində 2024-cü ilin ortalarında 120 otaqlı yeni hotel fəaliyyətə başlayacaq".