Sərgilərdə iştirak etmək istəyən mikro, kiçik və orta sahibkarlar müraciət formasını doldurmaqla müraciət edə bilərlər. Bu barədə 4 aprel tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, daxil olmuş müraciətlərə Agentlikdə baxılır və təhlil olunur,daha sonra məlumatlar müvafiq informasiya bazasına daxil edilir. Agentliyin dəstəyi və ya iştirakı ilə keçirilən sərgilər olduqda müraciətçinin fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq sərgidə iştirakına təmənnasız olaraq dəstək göstərilir.