Rumıniyanın paytaxtı Buxarest şəhərində keçiriləcək "Grand Chess Tour" seriyasının ilk mərhələsində Şəhriyar Məmmədyarovun rəqibləri bilinib.
Turnir 4-14 may tarixlərində keçiriləcək. Şəhriyardan əlavə, turnirdə Alireza Firuzja, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Uesli So, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnirin mükafat fondu 350 min dollardır. "Grand Chess Tour" seriyası 5 turnirdən ibarətdir. Seriyaya avqustun 13-də yekun vurulacaq.