Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 12 iyun tarixində Report məlumat verib.
Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Kürkənd kənd sakini, 1988-ci il təvəllüdlü Səmədov Bəhruz Ələsgər oğlu velosipedlə yolda hərəkət edən zaman avtomobil onu vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.