Köhnə Ələt-Astara yolunun Salyan rayonundan keçən ərazisində dekabrın 14-də avtomobillə vurulan 81 yaşlı piyada dekabrın 27-də dünyasını dəyişib. Bu barədə Report məlumat paylaşıb.
Məlumata əsasən, “Moskviç-2140” markalı avtomobilin sürücüsü yolu keçən 81 yaşlı piyadanı vurub. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına köçürülüb və orada dünyasını dəyişib.
Hadisə ilə bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.