Salyanda dekabrın 23-də ferma sahibi çoban tərəfindən güllələnib. Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
DİN baş verən silahlı insident barədə məlumat açıqlayıb. Hadisə bu gün səhər saatlarında rayon ərazisində yerləşən fermaların birində baş verib.
Fermada çalışan R.Salmanov aralarında yaranmış mübahisə zəminində fermanın sahibi F.Misgərliyə odlu silahdan atəş açaraq xəsarət yetirib.
Cinayəti törədən polis tərəfindən saxlanılıb və ondan bir ədəd ov tüfəngi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.