Şamaxıda 9 odlu silah polisə könüllü təhvil verilib.
Bu barədə 23 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.
[gallery columns="1" link="file" size="full" ids="159771"]