Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, ölən var. Bu barədə 11 iyun tarixində Report məlumat verib.
Belə ki, rayonun Çöl Göylər kəndində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif dərəcəli xəsarətlər alan sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.