Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 24 iyul tarixində Report məlumat verib.
Hadisə Şəmkir şəhərindəki bankların birinin yaxınlığında qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu "Opel" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.