Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid DİN Mətbuat Xidmətinə istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Rayonun "Şəhərcik" adlanan yaşayış massivində 18 yaşlı Laləzər Əhmədova bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.