Keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində keçirilən vida mərasimi başa çatıb. Bu barədə Report 6 iyun tarixində xəbər verib.
Şəhid Sənan Əhmədov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.