Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub. Bu barədə 3 iyul tarixində Report məlumat verib.
Bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.