Samux rayonunda ev yanıb. Bu barədə 9 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, Samux rayonunun Bağbanlar kəndində kürsülü, birmərtəbəli, 4 otaqlı evin bir otağında döşəmə və 1 ədəd pəncərə çərçivəsi yanıb.
Qeyd olunub ki, evin qalan hissəsi yanğından mühafizə olunub.