Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın baş verib. Bu haqda aprelin 6-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ərazidə təxminən 3 hektar sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qeyd edilib ki, qalan hissə yanğından mühafizə olunub. Yanğın söndürülüb.