ABŞ-də anası Kloddini öldürməkdə ittiham olunan Cipsi Rouz Blançard həbsdən vaxtından əvvəl azad edilib. Bu barədə 30 dekabr tarixində İnsanoid xarici KİV-yə istinadən xəbər verir.
Adıçəkilən qızın anası Kloddin uzun illər boyu əslində sağlam olan qızı Cipsiyə sanki o leykoz xəstəsi imiş kimi rəftar edib. Bununla da onların ailəsi daima diqqət mərkəzində olub. O, qızının xromosom qüsurları, əzələ distrofiyası, epilepsiya, astma, görmə problemləri olduğunu söyləyirdi.
Kloddin qızı leykozdur deyə onun saçlarını keçəl etmişdi. Hər zaman diqqət mərkəzində qalan ana TV-lərə çıxıb, insanlardan maddi və mənəvi dəstək alıb.
2015-ci ilin iyun ayında Cipsi 22 yaşında olanda internet vasitəsilə tanış olduğu bir oğlanla əlbir olaraq anasını öldürüb.
Cipsiyə 10 il həbs cəzası verildiyinə baxmayaraq, o, bir neçə gün öncə şərti azadlığa buraxılıb.
Cipsinin anasında “Munchausen” sindromu olub. Bu sindromlu insanlar süni şəkildə özündə xəstəlik əlamətləri yaradır və bununla da çatışmayan diqqət, qayğı, rəğbət və psixoloji dəstəyi almağa çalışırlar.
Qeyd edək ki, hadisəni əks etdirən “The act” adlı serial lentə alınmışdır.