Son üç gün ərzində Siyəzəndə polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Bu haqda noyabrın 20-də DİN məlumat verib.
Həmin şəxslərin üzərindən və yaşadıqları evlərdən xeyli miqdarda narkotik vasitə olan heroin, marixuana və iki ədəd elektron tərəzi götürülüb.
Faktla bağlı araşdırma aparılır.