Kənd Təsərrüfatı Nazirliyi 308 vakansiya üzrə dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Bu barədə 28 dekabr tarixində Nazirliyin rəsmi səhifəsində məlumat yayılıb.
Sənəd qəbulu dekabrın 27-dən başlayıb. Hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştirak edə bilər.
Elanla tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=481
https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=482