İsmayıllı rayonunda martın 27-də saat 23:30 radələrində ev yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Hacıhətəmli kəndində 39 yaşlı şəxsin 100 kvadratmetr olan 4 otaqlı evində yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Lakin ev və içərisindəki əşyalar tamamilə yanıb.
Faktla bağlı araşdırma davam edir.