Bu ilin kartof əkini üçün İsmayıllıda 950 hektaradək sahədə hazırlıq işləri görülüb. Bu barədə 29 yanvar tarixində Azərtac məlumat verib.
Verilən məlumata əsasən, bunun üçün ərazilərdə şum altına üzvi və mineral gübrələr verilib. Həmçinin bildirilib ki, fevralın əvvəlində bölgənin cənub ərazilərində əkinə başlanılacaq.
Qeyd edək ki, 2021-ci ildə sözügedən bölgədə 14 min 611 ton kartof istehsal olunub.