Koronavirus əleyhinə peyvəndin sonsuzluq problemlərinə səbəb olduğuna, plasentaya və dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Məhəmməd Qəmbərov noyabrın 23-də bildirib.
“Peyvənddən sonra hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”, - deyə M. Qəmbərov vurğulayıb.