Bu ilin birinci yarımilində 8 prokurorluq işçisi cəzalandırılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib ki, həmin müddətdə aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 3 nəfər vəzifədən azad edilib, 4 nəfərə töhmət və ya şiddətli töhmət verilib.