Ötən gün, yanvarın 2-də Şəmkirin Yeniabad kəndində intihar hadisəsi baş verib. Bu barədə APA məlumat paylaşıb.
Məlumata əsasən, 52 yaşlı qadın özünü istixananın hovuzuna atıb. Qadının cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.