Müğənni Şöhrət Məmmədovun sükan arxasında etdiyi hərəkət sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
İnsanoid.com xəbər verir ki, Şöhrət Məmmədov avtomobil idarə edərkən eyni zamanda musiqi alətində ifa edib və hər iki əlini sükandan çəkib. O, bu görüntüləri öz “Instagram” hesabında paylaşıb.
Həmin görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər avtomobili idarə edərkən ən azı bir əlini sükan üzərində saxlamalı və nəqliyyat vasitəsinə tam nəzarət etməlidirlər.