Dünən, mayın 9-da Rumıniyanın paytaxtı Buxarest şəhərində şahmat üzrə Grand Chess Tour turnirinin ilk mərhələsinin (Superbet Chess Classic Romania) 5-ci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov qara fiqurlarla Fabiano Karuanaya məğlub olub. Bu, Şəhriyarın turnirdə 2-ci məğlubiyyətidir. Bütün digər görüşlərdə heç-heçə qeydə alınıb. Beləliklə, 5 turdan sonra 1,5 xal yığan həmyerlimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Bu gün yarışda istirahət günüdür.
Superbet Chess Classic Romania turniri mayın 14-dək davam edəcək. Turnirin ümumi mükafat fondu 350 min dollar təşkil edir. Qeyd edək ki, turnirin ötənilki qalibi Şəhriyar Məmmədyarov olub.