Yanvarın 6-da paytaxtın Suraxanı rayonunda iki evdə yanğın olub, bir nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 238 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin dam örtüyünə də zərər dəyib. Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər alovdan mühafizə olunub.
Daha sonra yanğın söndürülüb.