Cari ildə 1 288 nəfər şəhid ailəsi üzvü, qazi və Vətən müharibəsi iştirakçısı Təhsil Nazirliyinin tabeliyindəki qurumlar tərəfindən işlə təmin olunub. Bu barədə 30 dekabr tarixində təhsil naziri Emin Əmrullayev öz Facebook səhifəsində məlumat verib.
Onlardan 498 nəfər şəhid ailəsi üzvü, 107 nəfər hərbi qulluqçuların ailə üzvləri, 265 nəfər qazi, 418 nəfər Vətən müharibəsi iştirakçısıdır.