Ötən sutka ərzində 28 yanğına çıxış, 4 köməksiz vəziyyətdə qalma faktı üzrə xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə yanvarın 13-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin əməkdaşları tərəfindən ümumilikdə 8 nəfər xilas edilib. Həmçinin iki nəfərin meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.