Ötən gün ərzində törədilmiş 31 cinayətin üstü açılıb. Bu haqda Daxili İşlər Nazirliyinə istinadən 10 dekabr tarixində Report məlumat verib.
Əməliyyatlar nəticəsində əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayət də açılıb.
Axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin dünən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər vəfat edib.
Bunlarla yanaşı, narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 17 fakt qeydə alınıb.