Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən ölkədə 39 toyun monitorinqi keçirilib. Bu barədə yanvarın 14-də DİN-dən məlumat verilib.
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib. Nəticədə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimələnib.
13 nəfər COVID-19 pasportu olmadığına görə tədbirə buraxılmayıb.