Ötən gün toylara görə 2 nəfər cərimələnib, 61 nəfər isə şənliyə buraxılmayıb. Bu barədə 29 yanvar tarxində Daxili İşlər Nazirliyi məlumat verib.
Məlumatda bildirilir ki, respublika ərazisində 173 toy şənliyinin monitorinqi keçirilib.
Nəticədə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən, cərimə olunub, 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.