Ötən gün 1 şadlıq sarayının sahibinə cinayət işi açılıb, 6 nəfər isə cərimələnib. Bu barədə dekabrın 28-də Report məlumat paylaşıb.
Monitorinqlər Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti tərəfindən keçirilir. Ümumilikdə 193 toy şənliyi yoxlanılıb, 58 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Nəticədə xüsusi karantin rejimi qaydalarını pozan şadlıq sarayının sahibi barəsində “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb. Digər 6 nəfər isə “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” maddəsinə əsasən cərimə olunub.