Ötən gün ölkədə baş verən yol qəzalarında 2 nəfər vəfat edib, 6 nəfər xəsarət alıb. Bu haqda aprelin 8-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Axtarışda olan 55 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Törədilmiş 98 cinayətin üstü “isti izlər”lə açılıb. Cinayət törətməkdə şübhəli bilinən 93 nəfər tutulub. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.