Dünən, yanvarın 29-da 58 cinayətin üstü açılıb. Bu barədə yanvarın 29-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışda olan 81 nəfər, cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.