2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77 640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. Bu barədə 7 yanvar tarixində Nazirliyin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, 16 232 nəfər özünüməşğulluq proqramına, birgə maliyyələşdirilməsi proqramına 491 nəfər, peşə hazırlığı kurslarına 988 nəfər, peşəyönümü məsləhət xidmətlərinə 1 886 nəfər cəlb olunub. 3 734 nəfərə isə işsizlikdən sığorta ödənişi verilib.