Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 27 min 800 manat subsidiya ödənilib. Bu barədə 13 yanvar tarixində Azərtac məlumat verib.
Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sözügedən ərazidə 167 təsərrüfatçı arıçılıqla məşğul olur.
Ötən il laçınlı arıçıların bir qismi arılarını 30 ilə yaxın il həsrətində olduqları doğma yurdlarında bəsləmək imkanı qazanıblar. Həmçinin həmin ilin yayında 15 arıçılıq təsərrüfatının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi təmin edilib.