Ötən ilin fevral-aprel ayları ərzində 1 895 sinif koronavirusa görə distant təhsilə keçib. APA-nın martın 15-də yaydığı məlumata görə, bunu Səhiyyə Nazirliyinin rəsmisi Afaq Əliyeva deyib.
Bildirilib ki, 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində 44 ümumtəhsil, avqust-noyabr ayları ərzində isə 32 məktəbəqədər uşaq müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. Mart-may ayları ərzində isə bağlanan uşaq və yeniyetmə müəssisələrinin sayı 334-ə çatıb.
Qurumun nümayəndəsinin sözlərinə əsasən, hazırda COVID infeksiyası azalmağa doğru gedir.