Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları rayon ərazisində silah-sursat tapıblar. Bu barədə 27 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 1 avtomat, 2 tüfəng, 12 qumbara, avtomat daraqları və güllələr aşkar olunaraq götürülüb.
Bundan əlavə, polis əməkdaşları pirotexniki vasitələrin yayılmasının qarşısının alınması istiqamətində də tədbir keçiriblər. Tədbir zamanı rayon sakinlərindən aşkarlanan xeyli sayda pirotexniki vasitələr götürülüb.
[gallery link="file" columns="1" size="full" ids="156897"]