Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlində təqsirləndirilən Tbilisi sakini Rafael Mursaqulova hökm oxunub. Soydaşımız 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda martın 9-da Report məlumat yayıb.
Qeyd edək ki, mərhum ötən ilin iyulun 30-da itkin düşüb. Qadın bir ildən çox Batumidə ingilis dili pedaqoqu işləyib və Tbilisiyə istirahətə yollanıb.
Onun meyiti növbəti gün Tbilisidə Mtatsminda dağının yamacında aşkarlanıb. Əcnəbi vətəndaşa soyuq silahla 13 dəfə xəsarət yetirildiyi məlum olub.