Sosial şəbəkələrdə öz qızının qeyri-əxlaqi görüntülərini paylaşan ana məsuliyyətə cəlb olunub, övladı ondan alınıb. Bu barədə İnsanoid Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Dövlət Komitəsi, həmçinin sosial şəbəkələrdə ananın azyaşlı qızının qeyri-əxlaqi hərəkətilərini əks etdirən görüntülərini yaymasından dərhal sonra faktın araşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Azyaşlı və valideyni ərazi üzrə polis bölməsinə gətirilib, sonra uşaq anadan alınaraq, Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib. Ana ilə bağlı araşdırma davam edir.