Türkiyə vətəndaşı Avstriyada nikah mərasimində olarkən deportasiya olunub. Bu barədə 18 yanvar tarixində İnsanoid NTV-yə istinadən məlumat verib.
Avstriyada sığınacaq müraciəti qəbul edilməyən 27 yaşlı Həmzə 40 yaşlı alman nişanlısı ilə evlənərkən Federal İmmiqrasiya və Sığınacaq İdarəsi tərəfindən saxlanılaraq deportasiya edilib.
Həmzənin vəkili Qreqor Klammer nikah mərasimində saxlanılan müvəkkilinin Türkiyəyə göndəriləcəyini və onun hərbi fərari olduğunu bildirib.
[playlist type="video" tracklist="false" ids="159262"]