Türkiyənin paytaxtı Ankara şəhərinin Elmadağ rayonunda yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə yanğın baş verib. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
Hadisə nəticəsində 5 nəfər ölüb.
Müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur. Yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunublar.
Yanğının səbəbləri və şəraiti araşdırılır.