Ötən gün Bursanın Özlüce rayonunda Ahmet Taner Kışlalı bulvarında yerləşən 10 mərtəbəli biznes mərkəzində yanğın baş verib. Bu barədə 13 noyabr tarixində İnsanoid TRT Haber-ə istinadən məlumat verir.
Sürətlə yayılan alov onlarla ofisin yerləşdiyi bütün biznes mərkəzini əhatə edib.
Ərazidə parklanmış iki avtomobil yararsız hala düşüb. Yanğınsöndürənlər ilkin araşdırma zamanı binada heç kimin olmadığını müəyyən ediblər.
Yanğın söndürülüb.