10 ildir komada olan aparıcı dünyasını dəyişib. Bu barədə İnsanoid Türkiyə mətbuatına istinadən bu gün, 29 iyul tarixində xəbər verir.
10 ilə yaxındır komada olan Türkiyənin məşhur aparıcısı və aktyoru Kenan Işık bu gün dünyasını dəyişib.
O, uzun müddətdir reanimasiyada müalicə alarkən beyninə qansızma səbəbindən əməliyyata alınıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Kenan Işık Türkiyədə “Kim milyonçu olmaq istəyir?” adlı yarışma ilə tanınıb və yaddaşlarda qalıb.