Türkiyənin üç vilayətində meşə yanır. Bu barədə İnsanoid "TRT Haber"ə istinadən bu gün, 19 iyun tarixində məlumat verir.
Çanaqqala və Uşakda dünən axşamdan başlayan yanğınlar davam edir. Həmçinin İzmirin Dikili rayonunda gecədən başlayan yanğın küləyin təsiri ilə ətraf ərazilərə yayılıb.
Hazırda hər üç istiqamətdə yanğına havadan və qurudan müdaxilələr davam edir.
Məlumata görə, Uşakdakı bəzi evlərdən insanlar təxliyə ediliblər. İzmirdə isə balıq təsərrüfatına və bir evə ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.